Bundesliqada çətin günlər yaşayan "Volfsburq" klubunda baş məşqçi Daniel Bauer və icraçı direktor Peter Kristiansenlə yollar ayrılıb.
Offsideplus.az xəbər verir ki, klubi bu qərarı "Hamburq"a evində 1:2 hesabı ilə məğlub olduqları oyundan bir gün sonra açıqlayıb.
Yaxın vaxtlarda yeni baş məşqçinin adını açıqlanacağı gözlənilir.
Diter Hekinq bu vəzifəyə əsas namizəd hesab olunur.
Keçmiş U19 komandasının məşqçisi Bauer noyabr ayında Pol Simonisi əvəzlədikdən sonra "canavarlar" çıxdıqları 15 matçda 9 məğlubiyyət alıblar.
Səkkiz oyundur qələbə üzünə həsrət qalan "Volfsburq" 1997-ci ildə Bundesliqaya yüksəldikdən sonra klub tarixinin ən uğursuz mövsümünü keçirir.
Turnir cədvəlində 17-ci pillədə qərarlaşan komanda tarixində ilk dəfə liqanı tərk etmək təhlükəsi ilə üz-üzədir.