RU

Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ İran üzərində sürətli qələbə qazanır.

Aznews.az xəbər verir ki, o, bu barədə CBS News telekanalına müsahibəsində danışıb.

“Biz sürətlə və indiyə qədər görünməmiş səviyyədə qalib gəlirik”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, İranda demək olar ki, bütün hərbi obyektlər məhv edilib. “Raketlər tamamilə məhv edilib, onlardan çox az qalıb. Dronlar məhv edilib, zavodlar hazırda partladılır. Hərbi dəniz qüvvələri məhv edilib, hava qüvvələri məhv edilib, hərbi sistemin bütün elementləri məhv edilib. Onların rəhbərliyi məhv edilib. Məhv edilməmiş heç nə qalmayıb”, – deyə ABŞ prezidenti bildirib.

Избранный
83
50
aznews.az

10Источники