"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kubokunun 1/8 finalında "Nyukasl Yunayted"lə səfər oyununda (1:3) mövsümdə altıncı sarı vərəqəsini aldıqdan sonra iki oyunluq diskvalifikasiya edilib.
Publika.az bu barədə championat.com-a istinadən xəbər verir.
Jurnalist Saymon Baykovski qeyd edir ki, bu diskvalifikasiya "şəhərlilər"in martın 22-də "Arsenal"la qarşılaşacağı İngiltərə Liqa Kubokunun finalına şamil edilmir.