RU

Türkiyənin bu klubunda mövsüm ərzində 4-cü istefa və 5-ci təyinat baş tutdu!

Türkiyə klublarında baş məşqçi mövzusundakı qeyri-sabitlik və məşqçilərin əlcək kimi dəyişdirilməsi artıq heyrət doğurucu səviyyələrə çatır.

"Football-plus.az" xəbər verir ki, superliqa təmsilçisi ''Gənclərbirliyi''ndən növbəti - bu mövsüm 4-cü (!!!) istefa xəbəri var.

Halbuki Ləvənt Şahin bu vəzifəyə cəmi 19 gün öncə gəlmişdi. Mətin Diyadin ilə sürpriz şəkildə yollar ayrılmış və fevralın 16-da Şahin bu vəzifəyə gətirilmişdi. Amma paytaxt təmsilçisi bu məşqçi ilə superliqada 2 oyundan 1 heç-heçə, 1 məğlubiyyətlə ayrıldı. Komanda yalnız son matçda kubokda aşağı liqa təmsilçisi ''Aliağa Futbol''u məğlub etməyi bacardı. Maraqlıdı ki, istefa da məhz bu qələbədən sonra baş tutdu.

Yeni məşqçinin adı artıq bəllidi. Bu, Volkan Dəmirəldi. Bu mütəxəssis bu mövsüm artıq ankaralıların başında yer alıb. O, ilk dövrədə 31 oktyabr - 7 dekabr aralığında bu vəzifədə çalışmışdı. Amma prezident dəyişikliyindən sonra öz istəyi ilə ayrılmışdı. Qəribədi ki, Dəmirəl də ''Fatih Karagümrük'' üzərindəki 3:0-lıq qələbədən sonra istefa vermişdi.

Beləliklə, 2025/26-da Hüseyin Eroğlu, Volkan Dəmirəl, Mətin Diyadin və Ləvənt Şahinin ardından ''Gənclərbirliyi''ndə yenidən Volkan Dəmirəl dönəmi başladı. Bu klub 24 tura topladığı 24 xalla 12-ci pillədə qərarlaşıb.

Избранный
116
1
football-plus.az

2Источники