RU

Yaddaşınızı təmizləyərkən ehtiyatlı olun Mobil tətbiq təhlükəsi

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu barədə Rusiyanın Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Sergey Kuzmenko jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, istifadəçilər çox vaxt telefonun yaddaşını əl ilə təmizləmək əvəzinə xüsusi “cleaner” tətbiqlərini yükləyərək bir düymə ilə prosesi həll etməyə çalışırlar. Lakin bu cür servis proqramlarına ehtiyatla yanaşmaq lazımdır, çünki onların əksəriyyəti həddindən artıq geniş icazələr tələb edir və bu, faktiki olaraq izləmə riskinə səbəb ola bilər. Ekspert qeyd edib ki, bəzi tətbiqlər mikrofon, səs yazısı, kamera və geolokasiya məlumatlarına çıxış istəyir. Halbuki yaddaşın təmizlənməsi və cihazın işinin optimallaşdırılması üçün belə icazələrə ehtiyac yoxdur. Sergey Kuzmenko istifadəçilərə yalnız rəsmi tətbiq mağazalarındakı çoxsaylı rəy və qiymətləndirmələrə malik proqramlardan istifadə etməyi tövsiyə edib. Bu, mümkün riskləri minimuma endirməyə kömək edə bilər. Bundan əlavə, belə tətbiqlərdə çox vaxt həddindən artıq reklam yerləşdirilir. Reklam bannerlərindəki keçidlərə ehtiyatsız klik edildikdə istifadəçilər fişinq saytlarına yönləndirilə bilər. Məlumatda həmçinin qeyd olunur ki, son dövrlərdə fırıldaqçılar telefon zəngləri vasitəsilə özlərini dövlət qurumlarının və ya kommunal xidmətlərin əməkdaşı kimi təqdim edərək insanlarla əlaqə yaradır, daha sonra isə messencerlər və elektron poçt vasitəsilə zərərli proqramlar göndərirlər. Röya Əliyeva

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
112
azvision.az

1Источники