''Real''ın türkiyəli ulduzu Arda Gülər haqqında dolaşan çoxsaylı söz-söhbətlərə rəğmən bu mövsüm oyunu ilə diqqət çəkməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, La Liqanın 27-ci turunda ''Real'' ''Selta''nın qonağı oldu. Madrid nəhəngi ilk dövrədə ''Bernabeu''da qeydə alınan 0:2 hesablı məğlubiyyətin qisasını almağı bacardı. ''Kral klubu'' Çuameni və Valverdenin qolları ilə 2:1 hesablı qələbə qazandı. Maraqlıdı ki, ''Real''ın son 22 rəsmi oyununda bərabərlik qeydə alınmayıb (15 qələbə, 7 heç-heçə).
Ardaya gəlincə, Çuameninin hesabı açdığı epizodda məhsuldar ötürməni məhz o verdi. Bununla da 21 yaşlı futbolçu cari mövsümdə bütün turnirləri nəzərə almaqla aktivinə 13-cü məhsuldar ötürmə yazdı və bu göstəricidə o, ''Real''da hər kəsi üstələyir!
Türkiyə yığmasının üzvü 13 məhsuldar ötürmədən 8-ni La Liqada, 4-nü Çempionlar Liqasında, 1-ni isə ölkə kubokunda verib. Hətta Klublararası DÇ-ni də nəzərə alsaq, Ardanın məhsuldar ötürmələrinin sayı 15-ə çatır və bu göstəricidə o, ''böyük beşlik''də yalnız bir futbolçudan - ''Bavariya''lı Maykl Olisedən (23) geri qalır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта