RU

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri beynəlxalq turnirlərə yollanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri növbətibeynəlxalq yarışlarda qüvvələrini sınamaq üçün yola düşüblər.Martın 9-dan 15-dək Berlin, Almaniya və Havirov, Çexiyaşəhərlərində "WTT Youth Contender" turnirləri təşkil olunacaq.

Trend xəbər verirki, seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və RaminCəfərovun rəhbərliyi altında altı idmançımız bu yarışlarda iştirakedəcək.

Oğlanların mübarizəsində Onur Quluzadə, Ələkbər Mirzəliyev vəCəfər Almədədli ölkəmizi təmsil edəcəklər. Qızların yarışında isəYağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova uğurqazanmağa çalışacaqlar.

Turnirlər müxtəlif yaş kateqoriyaları (U-11, U-13, U-15 və U-17)üzrə keçirilir və gənc idmançıların dünya reytinqində mövqelərinimöhkəmləndirməsi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın
Azərbaycanın
Избранный
148
3
az.trend.az

10Источники