RU

“İmişli” “Şamaxı” səfərində, “Araz-Naxçıvan” “Qarabağ”a qarşı

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə “Şamaxı” “İmişli”ni qəbul edəcək Komandaların ilk dövrədəki matçında “Şamaxı” 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin oyununda isə qolsuz heç-heçə qeydə alınıb – 0:0.

Günün digər oyununda isə “Araz-Naxçıvan” “Qarabağ”ın qonağı olacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında ilk iki dövrənin oyunlarında Ağdam klubu böyük hesabla qalib gəlib – 5:0, 5:1.

8 mart

Misli Premyer Liqası

23-cü tur

15:00. “Şamaxı” – “İmişli”
Hakimlər
: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Şamaxı şəhər stadionu

19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər:
 Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

9 mart

18:30. “Zirə” – “Kəpəz”

20:30. “Neftçi” – “Turan Tovuz”

10 mart

19:15. “Sabah” – “Qəbələ”

7 mart

“Karvan-Yevlax” – “Sumqayıt” – 1:1

Избранный
138
50
msport.az

10Источники