"Şou-biznesdə etik olmayan addım atmaqla zirvəyə çıxmaq mümkündür. Soyunmaqla, kiməsə sataşmaqla məşhur olmağın ömrü 40 gün çəkir".
Bizim.Media xəbər verir ki, bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan prodüser Anar Mədətov söyləyib.
"Sıfırdan ulduz yaratmaq bu gün də mümkündür" deyən prodüser sözlərinə əlavə edib:
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır. Amma onu ulduza çevrildikdən sonra qorumaq çətindir".
A.Mədətov verilişdə, həmçinin oğlu, futbolçu Mahir Emrelinin öz soyadını dəyişməsinə də münasibət bildirib:
"Mahir məni ata kimi rədd etməyib. Soyadını dəyişməsi onun öz seçimidir".
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта