RU

"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması

"Şou-biznesdə etik olmayan addım atmaqla zirvəyə çıxmaq mümkündür. Soyunmaqla, kiməsə sataşmaqla məşhur olmağın ömrü 40 gün çəkir".

 

Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan prodüser Anar Mədətov söyləyib.

 

"Sıfırdan ulduz yaratmaq bu gün də mümkündür" deyən prodüser sözlərinə əlavə edib:

 

"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır. Amma onu ulduza çevrildikdən sonra qorumaq çətindir".

 

A.Mədətov verilişdə, həmçinin oğlu, futbolçu Mahir Emrelinin öz soyadını dəyişməsinə də münasibət bildirib:

 

"Mahir məni ata kimi rədd etməyib. Soyadını dəyişməsi onun öz seçimidir".

 

Tarix: 8 Mart 2026, 09:09   
Избранный
7
5
pravda.az

7Источники