Misli Premyer Liqasında XXIII tur davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə "Şamaxı" "İmişli"ni qəbul edəcək. Saat 15:00-da başlayacaq qarşılaşmanı Vüqar Həsənli idarə edəcək. Qonşuların duelində meydan sahibləri qalib gələcəyi halda, Ayxan Abbasovun komandası 8-ci pillədə möhkəmlənməklə yanaşı, debütantla fərqi 8 xala çatdıracaq. Əks halda, bölgə təmsilçilərinin mövqe mübarizəsi artacaq.
Günün əsas qarşılaşması "Tofiq Bəhramov"da keçiriləcək. "Qarabağ" "Araz-Naxçıvan"ı qonaq edəcək.
Misli Premyer Liqası
XXIII
8 mart
15:00. "Şamaxı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Həşimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı. Şəhər stadionu.
19:15. "Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov, Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.