RU

Keçmiş aşbazı Neymarı məhkəməyə verdi

Braziliyalı futbolçu Neymarın keçmiş aşpazı onu məhkəməyə verib.

Hakimiyyet.az xəbər verir ki, “Metropoles” nəşrinin məlumatına görə, qadın futbolçunun şəhərdən kənardakı iqamətgahında işlədiyi dövrdə ağır əmək şəraitinə məruz qaldığını iddia edir və kompensasiya tələb edir.

Bildirilir ki, o, ötən ilin yayında Neymarın iqamətgahında yemək bişirmək üçün işə götürülüb və aylıq təxminən 650 avro maaş alıb. Qadının sözlərinə görə, bəzən bazar günləri də işləməli olub və futbolçunun dostlarından ibarət böyük qonaq qruplarına xidmət göstərib. Bəzi hallarda qonaqların sayı 150 nəfərə qədər çatıb.

Keçmiş işçi həmçinin bildirir ki, böyük miqdarda yeməyin hazırlanması və daşınması onun sağlamlığına mənfi təsir edib və hazırda onurğa problemlərindən əziyyət çəkir.

Qadın məhkəmədən 45 min avro məbləğində kompensasiya tələb edir.

Избранный
22
3
hakimiyyet.az

4Источники