RU

Laricani də Azərbaycanı təhdid etdi Molla rejimi ÇAŞIB

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani regiondakı gərginlik fonunda Azərbaycanla bağlı açıqlama verib. Laricani bildirib ki, İsrail İran və region ölkələri, o cümlədən Azərbaycan arasında qəsdən və hiyləgərliklə münaqişə yaratmağa çalışır.

Nocomment.az xəbər verir ki, o vurğulayıb ki, Tehran qonşu ölkələrlə münasibətləri qorumağa çalışır və ərazilərin İranın milli təhlükəsizliyinə qarşı istifadə edilmədiyi müddətdə regionda gərginlikdən qaçmağa üstünlük verir. Laricani eyni zamanda Azərbaycanla yaranan problemlərin dialoq yolu ilə həllinin məqsədəuyğun olduğunu bildirib.

Bu açıqlama isə reallıqla tam ziddiyyət təşkil edir və ciddi şəkildə tənqid olunmalıdır.

Tarixi faktlara baxdıqda, İranın qonşuluq siyasəti heç də sosial, sülhsevər və dialoqa əsaslanan münasibətlərdən ibarət olmayıb. Əksinə, Tehran illərdir terrorçu qrupları maliyyələşdirməklə, silah, təlim və logistika dəstəyi verərək regional sabitliyi pozmaqda və qonşu ölkələrin daxili işlərinə müdaxilə etməkdə davam edib. Böyük Britaniya, ABŞ və beynəlxalq təşkilatların hesabatlarına görə, Tehran Hizbullah, Hamas, Kataib Hizballah, Harakat al‑Nucaba və digər terrorçu təşkilatlara dəstək verib, onlara milyonlarla dollar, silah və təlim təmin edib. Bu dəstək İranın “Qüds Qüvvələri” vasitəsilə həyata keçirilir və regionun müxtəlif nöqtələrində zorakılıq və terror aktlarının arxasında dayanır .

Suriyada durum daha da dramatik olub. İran uzun illər Bəşar Əsəd rejimini hərbi və maliyyə baxımından dəstəkləyərək bu ölkədə vətəndaş müharibəsinin daha da qanlı və uzun sürməsinə səbəb olub. Tehran Əsəd rejiminə əməliyyat dəstəyi, silah, proksi qüvvələr və strateji məsləhət verib; nəticədə milyonlarla dinc vətəndaş öldürülüb və ölkə dağılıb .

Qeyd etmək lazımdır ki, İranın bu rolu region ölkələri arasında heç vaxt etibarlı qonşu imicinə çevrilməyib. Əksinə, Tehran qonşularla münasibətlərində daha çox öz ideoloji və strateji maraqlarını ön plana çıxarıb, regional təşəbbüslərdən çox konflikt və qarşıdurma mexanizmlərini seçib. Buna misal olaraq İranın Suriyada proksi qüvvələr üçün milyardlarla dollar sərf etməsi, regiondakı təhlükəsizlik balansını pozması və bu resursları öz vətəndaşlarının rifahı üçün yönəltməməsi göstərilə bilər .

Bu kontekstdə Laricaninin Azərbaycanın ünvanına verdiyi ultimatum xarakterli bəyanatın terminoloji və siyasi dəyəri zəifdir. 44 günlük Vətən müharibəsi zamanı İranın Ermənistanla əlaqələri və Türkiyə ilə Azərbaycanın mövqelərinə qarşı uzlaşan siyasi davranışları hələ də yaddaşlarda qalıb. Tehranın bu gün qonşuluqdan və dialoqdan danışması, həmçinin beynəlxalq hüquq və regional sabitlik prinsiplərini xatırlatması, reallıqda, bir çox hallarda qərəzli və ikili standartlarla müşayiət olunur.

Azərbaycan isə suveren, güclü və müstəqil dövlətdir. Rəsmi Bakı qonşu dövlətlərlə münasibətlərini beynəlxalq hüquq, qarşılıqlı hörmət və regional stabillik prinsipləri əsasında qurur. Azərbaycan hər zaman öz ərazi bütövlüyünü müdafiə edib və regiondakı sülhə töhfə verib. Hər hansı xarici təzyiq və təhdid rəsmi Bakı üçün qəbul olunmazdır və bu cür bəyanatlar Azərbaycanı öz prinsipial, balanslı və müstəqil xarici siyasətini davam etdirməkdən çəkindirə bilməz.

Analitiklər vurğulayırlar ki, İranın bu cür açıqlamaları yalnız retorik xarakter daşıyır və onun reallıqla uyğunluğu yoxdur. Azərbaycan öz milli maraqlarını müdafiə etməyə davam edəcək və qonşularla qarşılıqlı hörmətə əsaslanan münasibətlərini gücləndirəcək.

DOĞRU.AZ 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
2
dogru.az

3Источники