İspaniya La Liqasında 27-ci turun daha bir oyunu baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, "Atletik" doğma meydanda "Barselona"nı qəbul edib. Bilbao şəhərində yerləşən "San-Mames Barriya" stadionunda keçirilən matçın baş hakimi Xose Munuera Monterо olub.
Görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol 68-ci dəqiqədə hücumçu Lamin Yamal tərəfindən vurulub.
Bu nəticədən sonra "Barselona" 67 xalla turnir cədvəlinin lideridir. "Atletik" 35 xalla 9-cu yerdə qərarlaşıb.
Növbəti turda "Barselona" evdə "Sevilya", "Atletik" isə səfərdə "Jirona" ilə qarşılaşacaq.