Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Kayzerslautern” Almaniyanın 2-ci Bundesliqasında 25-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə “Boxum”la üz-üzə gəlib. Matçda"Boxum" 3:2 hesablı qələbə qazanıb.
Mahir də bu görüşdə iştirak edib. O, 83-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, hazırda "Kayzerslautern" turnir cədvəlində 37 xalla 7-ci pillədə qərarlaşır.
“Boxum” - “Kayzerslautern” - 3:2
Qollar: Hofmann, 10, Marşall, 66, Panneviq, 69 - Basseti, 30, Ritter, 50