
İsrail İrana qarşı "Şirin nərəsi" əməliyyatının növbəti mərhələsinə keçib. Bu mərhələdə əsas diqqət ölkə ərazisindəki strateji istehsal obyektlərinə yönəldilir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə brifinq zamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) rəsmi nümayəndəsi briqada generalı Efi Defrin məlumat verib.
"Biz əməliyyatın növbəti mərhələsinə keçmişik və İrandakı rejimin əsas istehsal obyektlərinə zərbələri genişləndiririk", – deyə o bildirib.
Defrinin sözlərinə görə, İsrail kəşfiyyatı son aylarda İran rejiminin istehsal infrastrukturunu bərpa etmək və əlindəki raketlərin sayını artırmaq cəhdlərini yaxından izləyib. Yeni mərhələnin hədəfi bu hərbi potensialı tamamilə sıradan çıxarmaqdır.