RU

ABL: “Sabah” və “Abşeron Lions”dan qələbə – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə, “Şəki” evdə “Sabah”la üz-üzə gəlib. Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma qonaqların qələbəsi ilə bitib – 102:82.

Günün ikinci matçı “Sərhədçi” İdman Mərkəzində “Abşeron Lions” və NTD arasında baş tutub. Abşeron təmsilçisi yekunda 107:88 hesablı qələbəyə sevinib.

Tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilmiş görüşlərdə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” isə “Lənkəran”ı (104:73) məğlub edib.

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 25. Gəncə – 25. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 34. Naxçıvan – 32. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
65
7
arena.az

10Источники