RU

SEPAH Azərbaycanı hədələdi

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

SEPAH Azərbaycana böhtan ataraq hədələyib.

"Unikal" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, məlumat İran Dövlət Televiziyasının "Telegram" kanalında yerləşdirilib.

Məlumata əsasən, "Xatəmül-Ənbiya" qərargahının sözçüsü deyib: "İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb.

İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq elan edirik ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri bu ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İranın təhlükəsizliyini təhlükəyə atmasınlar", - açıqlamada deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
12
unikal.az

10Источники