RU

ABŞ və İsrail İranda kimləri vurmur və niyə? - Abdullah Ağarın təhlili

Türkiyənin tanınmış təhlükəsizlik eksperti, strateji analitik Abdullah Ağar Yaxın Şərqdə baş verən son hərbi prosesləri təhlil edən geniş məqalə ilə çıxış edib.

Musavat.com xəbər verir ki, ekspert ABŞ və İsrailin İran ətrafında həyata keçirdiyi əməliyyatların məqsədlərini vurulan hədəflər üzərindən analiz edir və bu müharibənin mahiyyətini izah etməyə çalışır.

Abdullah Ağarın fikrincə, hazırda baş verənlər klassik müharibə deyil, daha çox İran dövlət sisteminin “sinir mərkəzlərini” iflic etməyə yönəlmiş mürəkkəb hərbi-strateji əməliyyatdır. O qeyd edir ki, ABŞ və İsrailin hədəf seçimi təsadüfi deyil və bu seçim İranın qərarvermə mexanizmini sarsıtmaq məqsədi daşıyır.

Musavat.com türkiyəli ekspertin yazısını təqdim edir.

Vurulan hədəflər üzərindən tərəflərin məqsədləri və müharibənin mənası

Iran

Əvvəlcə ABŞ və İsrail…

ABŞ və İsrail indiyə qədər aşağıdakı hədəfləri vurub:
• Xamenei başda olmaqla rejimin nüvəsini təşkil edən, yüksək səviyyəli qərarverici liderlər və bəzi simvolik şəxslər,
• İnqilab Keşikçiləri Korpusunun komanda mərkəzləri,
• Raket qüvvələrinin komanda nöqtələri,
• Bəzi təhlükəsizlik bürokratiyası binaları,
• Dəniz gerilla müharibəsinin elementləri / İran donanması,
• İranın İraqdan daxil olmasının qarşısını alan yerli təhlükəsizlik elementləri.

Bu hədəf tiplərinə baxanda ortaya belə bir nəticə çıxır: bu klassik bir “rejim dəyişdirmə bombardmanı” deyil. Bu, rejimin sinir sistemini iflic etməyə yönəlmiş sibernetik xarakterli bir əməliyyatdır.

Yəni hədəf coğrafiya deyil, sistemdir. Məqsəd İran ordusunu məhv etmək deyil, qərarvermə mexanizmini çökdürməkdir.

Çünki qərar dövrü qırıldıqda, ən böyük ordular belə refleks qabiliyyətini itirə bilər.

US-Israel-Iran

İranın uzaqmənzilli zərbə qabiliyyəti

Digər əsas hədəflər isə bunlardır:
• Ballistik raket anbarları
• Raket istehsalı müəssisələri
• Raket buraxılış rampaları
• Raket yanacağı infrastrukturu

Səbəb çox sadədir.

İsrail üçün strateji təhlükə İranın raketləridir. ABŞ üçün isə bu raketlər regiondakı hərbi bazalarını və müttəfiqlərinin ABŞ-a olan etibarını təhdid edən əsas qabiliyyətdir.

Bu səbəbdən İranın ilk kəsilməyə çalışılan damarı məhz bu strateji zərbə qabiliyyətidir.

Bu, eyni zamanda klassik hava müharibəsi doktrinasının da əksidir:
“Oxu deyil, oxçunu vur.”

Would

İranın proksi şəbəkələri və logistika xətləri

Bu çərçivədə xüsusilə İraq hazırda böyük qarışıqlıq içindədir.

ABŞ və İsrail İraqdakı İran proksi (vəkil) qüvvələrini davamlı şəkildə vurur, onları təzyiq altında saxlayır və siyasi çərçivənin formalaşmasını yönləndirməyə çalışırlar.

İrana yaxın olan Haşdi Şabi təkcə fiziki qüvvə kimi deyil, onun qərargahları, kəşfiyyat və koordinasiya mərkəzləri, logistika xətləri də hədəfdədir.

Bu isə İranın ən mühüm strategiyasını hədəfə almaq deməkdir:

“Müqavimət oxu şəbəkəsini çökdürmək.”

ABŞ və İsrail üçün bu şəbəkə mərkəzi dövlət gücü qədər əhəmiyyətlidir. Çünki İranın müharibəni dövlət strukturları ilə yanaşı, əsasən şəbəkə üzərindən apardığını artıq təcrübə ilə görmüşlər.

Israelis

Nüvə proqramının kritik komponentləri

Bu barədə çox yazılıb və danışılıb.

Bu hədəflərin vurulmasının məqsədi İranı bu günündən deyil, gələcəyindən vurmaqdır.

Bütün bunlar mənə nəyi göstərir?

Bütün bu məlumatlar mənə bunu deyir:

• ABŞ İraq tipli bir müharibə və ya İranın işğalını istəmir.
• Məqsəd İranı zəif, qırılqan bir regional gücə çevirməkdir.
• Rejimi dərhal devirmək deyil, amma rejimin daxili balansını sarsıtmaqdır.

Yəni:

• elit parçalanması
• təhlükəsizlik bürokratiyasında böhran
• iqtisadi çökmə və nəticədə daxili transformasiya.

Lessons

İranı şəbəkəsiz qoymaq

İranın real gücü onun mozaik müdafiə doktrinasından qaynaqlanır.

Bu doktrinanın ən vacib sütunlarından biri də vəkil şəbəkələridir.

Əgər bu şəbəkə dağıdılar və ya əlaqələri qırılarsa, İran regional güc statusunu itirə bilər.

ABŞ-ın torpaq əldə etmək kimi bir niyyətini görmürəm.

Müasir müharibənin məqsədi ərazi deyil, sistemi çökdürməkdir.

Başqa sözlə:

• İranın nüvəsini qırmaq
• strateji qabiliyyətlərini çökdürmək
• xarici düyünlərini dağıtmaq
• əlaqələrini qoparmaq

Vurulmayan hədəflər də çox şey deyir

Maraqlı bir analiz də vurulmayan hədəflər üzərindən aparıla bilər.

Bu da çox güclü mesajlar verir.

Məsələn:

• bəzi qərarverici şəxslər
• Qum şəhərindəki mollalar
• İranın neft və enerji infrastrukturu böyük ölçüdə hədəf alınmayıb.

Bu isə belə bir nəticə doğurur:

Rejimi daxildən manipulyasiya etmək və müharibəni nəzarətli şəkildə aparmaq istəyi var.

Yəni sistem tamamilə dağıdılmır, sadəcə güc balansı zəiflədilir.

Sistem işləsin, amma zəif işləsin.

ABŞ və İsrail üçün mümkün böyük məqsəd

Bu halda ABŞ və İsrail üçün əsas məqsəd belə görünür:

İran:

• mozaik müdafiə doktrinasından imtina etsin,
• nüvə proqramından vaz keçsin,
• ballistik raket proqramını məhdudlaşdırsın,
• vəkil şəbəkələri dağılsın,
• regional genişlənmədən geri çəkilsin.

Amma dövlət olaraq mövcudluğunu davam etdirsin.

Çünki tamamilə çökmüş bir İran:
• Türkiyəyə İran və Asiya istiqamətini açar,
• Qafqazı, İraqı, Orta Asiyanı və enerji bazarını nəzarətsiz xaosa sürükləyər.

Bu isə böyük güclərin istədiyi ssenari deyil.

Here's

Türkiyə üçün təhlükəli boşluqlar

Türkiyə baxımından isə ən kritik risk İran zəiflədildiyi zaman yaranacaq boşluqlardır.

Bu boşluqlar əsasən üç bölgədə meydana çıxır:

• İranın şimal-qərbi
• İraq
• Qafqaz

Bu boşluqlar isə adətən vəkil aktorlar vasitəsilə doldurulur.

Burada aktivləşən qüvvələrdən biri də PKK və onun törəmə strukturları olur.

Hazırda Suriyada Həsəkə bölgəsi ətrafında struktur bütövlüyünü qoruyan SDQ / PKK qüvvələrinin əhəmiyyətli hissəsi, İraqda silah buraxdığı iddia edilən PKK qrupları ilə birlikdə İran xəttinə yönəlir.

Bu isə Türkiyə üçün yeni bir risk yaradır:

Türkiyəni dolayı müharibəyə çəkmək riski.

Abdullah

Hörmətlə
Abdullah Ağar
Musavat.com

Избранный
17
2
musavat.com

3Источники