RU

Berlində qalmaqal: “Merz, yumurtanı yala!” plakatına görə tələbəyə cinayət işi açıldı

Almaniyanın paytaxtı Berlində keçirilən etiraz aksiyasında qalmaqallı hadisə baş verib.

Musavat.com xəbər verir ki, hərbi xidmət islahatına qarşı keçirilən aksiyada 18 yaşlı tələbənin qaldırdığı plakat hüquq-mühafizə orqanlarının diqqətini çəkib və nəticədə ona qarşı cinayət işi başlanıb.

Məlumata görə, plakatda “Merz, yumurtanı yala!” kimi təhqiramiz ifadə yazılıb. Bu sözlər Almaniyanın aparıcı müxalifət partiyalarından biri olan Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzə ünvanlanıb.

Almaniya mediasının yazdığına görə, hüquq-mühafizə orqanları gənci “siyasi vəzifə tutan şəxs haqqında böhtan və nüfuzdan salan məlumat yaymaqda” şübhəli bilir.

Hadisə Bundestaqın 5 dekabrda hərbi xidmət sistemində dəyişiklikləri təsdiqləməsindən sonra baş verən etiraz aksiyaları zamanı qeydə alınıb.

Yeni qaydalara əsasən:

2008-ci ildən sonra doğulan bütün kişilər məcburi tibbi müayinədən keçməlidir;

hərbi xidmət hazırda könüllü olaraq qalır;

lakin könüllülərin sayı kifayət etməzsə, hökumət məcburi çağırışı bərpa edə bilər.

Məhz bu dəyişikliklər Almaniyanın bir sıra şəhərlərində gənclər və tələbələr arasında etiraz aksiyalarına səbəb olub.

Musavat.com

Избранный
31
musavat.com

1Источники