RU

Naxçıvana hücumda yaralanan Reyhanə

Martın 5-də İranın pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldığı Naxçıvan Beynəlxalq Hava Limanının yaralı əməkdaşı Reyhanə Vəliyeva həmin dəhşətli anları ilk dəfə danışıb.Metbuat.az "Real TV"yə istinadən xəbər verir ki, hücum sərnişinlərin təyyarəyə minik prosesi başladığı vaxt baş verib. Reyhanə xanım deyir ki, hər şey bir anın içində qaranlığa qərq olub: "Gurultulu bir səs eşitdik, eyni anda hər tərəfdən işıq parladı və şüşələr üzərimizə töküldü. Ətraf qaranlıq idi. Kimsə yuxarıdan qışqırdı ki, "Bizi vurdular!" Hadisənin mahiyyətini yalnız o an dərk etdim".Yaralı olmasına baxmayaraq, R.Vəliyeva ilk növbədə həmkarlarının köməyinə tələsib. O, dağıntılar altından çıxaraq iki iş yoldaşına və ətrafdakı sərnişinlərə yardım etdiyini bildirib. Lakin qorxu dolu anlar bununla bitməyib:"Təzəcə özümə gəlmişdim ki, "İkincisi gəlir, qaçın gizlənin!" dedilər. Rəfiqəmlə qucaqlaşıb qaçdıq. Amma xidməti vəzifəmizi yerinə yetirdiyimiz üçün az sonra yenidən hava limanının həyətinə qayıtdıq".


Избранный
41
metbuat.az

1Источники