RU

Undav "Ştutqart"ın rekordunu təkrarladı

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqasında 25-ci turun oyunları davam edir. Səfərdə "Maynts"ın qonağı olan "Ştutqart"ın heyətində Deniz Undav növbəti dəfə məhsuldarlığı ilə diqqət mərkəzinə düşüb.

QOL.az xəbər verir ki, Undav bu qarşılaşmada həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb. Bu, hücumçunun Bundesliqa karyerasında eyni matçda həm qol, həm məhsuldar ötürmə etdiyi 9-cu oyun olub.

Bu göstərici ilə Deniz Undav əfsanəvi Mario Qomesin rekordunu təkrarlayıb. Qomes də karyerası ərzində 9 dəfə belə dubla imza atıb.

Qeyd edək ki, sözügedən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Избранный
64
1
teleqraf.com

2Источники