RU

İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub

"Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.

"Ölkə.az" xəbər verir ki, saat 18:00-dan 21:00-a qədər 76 nəfər İrandan Azərbaycana təxliyə olunub.

Təxliyə olunanlardan 1 nəfəri Avstriyanın səfiri, 8 nəfəri (1 ABŞ, 2 Yaponiya, 1 Pakistan, 4 Avstriya) isə İranda fəaliyyət göstərən xarici səfirliklərin diplomatları olub.

Bundan başqa 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

Избранный
53
7
olke.az

8Источники