RU

İsrail Tehranda 16 təyyarəni məhv etdi

İsrail ordusu İranın paytaxtı Tehranda Mehrabad hava limanında silah daşıyan 16 təyyarənin məhv edildiyini bildirib.

Azreform.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, məhv edilən təyyarələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinə məxsus olub və onların vasitəsilə silahların "Hizbullah" təşkilatına çatdırıldığı iddia edilir.

SAXAL bildirib ki, Mehrabad hava limanı "Qüds" qüvvələri tərəfindən istifadə olunub və Yaxın Şərqdə rejimin silahlandırdığı və maliyyələşdirdiyi qruplaşmalar üçün əsas logistika mərkəzlərindən biri sayılıb.

İsrail ordusunun məlumatına görə, hücum zamanı İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri üçün təhlükə yaradan bir neçə İran qırıcısı da vurulub.

Избранный
7
14
azreform.info

10Источники