RU

Tramp bu dəfə rəqəmlərlə danışdı: 3 gün ərzində...

ABŞ Prezidenti Donald Tramp İrana hücumlarla bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, üç gün ərzində İranın 42 hərbi gəmisi vurulub.

ABŞ prezidenti Donald Tramp Latın Amerikası ölkələrinin liderlərini Ağ Evdə qəbul etdi. Sammitdə Tramp İrana qarşı hücumların son sayını açıqladı. Daha əvvəl İrana bu gün çox ağır zərbə vurulacağını bildirən Tramp, İranın dəniz qüvvələrini məhv etdiklərini söylədi. "Onların ordusu, donanması, lideri yoxa çıxdı. Üç gün ərzində İran donanmasına məxsus 42 gəmini vurduq", - deyə Tramp bildirib.

Tramp sözünə davam edərək dedi: "İranda çox yaxşı işlər görürük, 10 baldan 15-i! Bütün rabitə sistemləri sıradan çıxıb. Əslində, bu müharibə bütün dünya üçün yaxşıdır. Məni militarist adlandırırlar. Səkkiz müharibəyə son qoyan mənəm. Etdiyimiz şey təkcə Yaxın Şərqə deyil, həm də İrandakı bu son dərəcə təhlükəli qatillərə qarşı bütün dünyaya xidmətdir."

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
turkustan.az

1Источники