Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ uğur formulunu tapa bilmir. Türkiyə ordusu müdaxilə etməsə, İranı məğlub etmək mümkün olmayacaq. Nə PKK, nə də İŞİD terrorçuları bu işi bacara bilər.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatı haqda qeyd edib.
“Ərəb ölkələri yavaş-yavaş zənciri qırır. Səudiyyə öz ərazisindən hücuma icazə vermir, İran da ona təşəkkür etdi. Digər ərəb şeyxləri də Trampın xəracını kəsirlər. Deyirlər, Amerikaya 3 trilyon dollar qoya bilməyəcəyik, çünki dağıntılar var, onları bərpaya pul lazımdır.
Yəni, qoruya bilmirsənsə, sənə niyə xərac verək?!
ABŞ-ın ərəblərin müdafiəsini azaldıb, İsrailə yönəltməsi mənfi qarşılanıb.
Fransa, elə həmişə Fransadır. İspaniya, İtaliya, Danimarka müharibəyə “yox” deyir. Britaniya özünü uzaq tutmağa çalışır. Hətta ABŞ oyuncağı alman Merz də “bizə müharibə lazım deyil” deyir.
Meydanda bir Trump qalıb, bir də Bibi (Netanyahu). Netanyahu Livana hücumla “bəlkə torpaq tutdum, İranı burda kompensasiya etdim” düşünür.
Liberman da daxil, digərləri onu ilk fürsətdə devirəcək.
ABŞ tarixinin “ən İsrail əleyhdarı dövrü”nə daxil olur.
Trump hakimiyyətinin sonu Netanyahunun da sonu olacaq kimi görünür.
Bibinin son kartı qalıb: dinlərarası müharibə başlamaq...” - politoloq bildirib.
Asena,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.