RU

Tramp Ukrayna münaqişəsinin həlli vəzifəsinin olduqca çətin olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp səkkiz müharibəyə son qoyduğunu və daha birinin yolda olduğunu açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə Floridada çıxışı zamanı bildirib.

Rusiya-Ukrayna müharibəsindən danışan Trampın sözlərinə görə, nifrət çox böyükdür: “Onları bir araya gətirmək çox çətindir. Nə olacağını görəcəyik”.

Tramp deyib ki, Ukraynadakı münaqişənin həlli dəfələrlə yaxın olub.

Eyni zamanda ABŞ lideri vurğulayıb ki, münaqişənin həlli vəzifəsi çox-çox çətindir: “Biz dəfələrlə çox yaxın olmuşuq, amma tərəflərdən biri geri çəkilib. Amma əslində uduzan biz olmuruq, onlar uduzurlar. Bu, bizə çox təsir etmir, çünki bizi ayıran okean var. Mən bunu Avropaya bir yaxşılıq kimi edirəm”.

Избранный
19
1
apa.az

3Источники