RU

"Bizim daha yaxşı imkanlarımız var idi" -Fizuli Məmmədov

Bu gün Misli Premyer Liqasında 23-cütur start götürüb. Turun açılış matçı Yevlaxda keçirilib. Autsayder “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edib. Oyun qollu bərabərliklə yekunlaşıb.

Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Fizuli Məmmədov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Maraqlı oyun alındı. İki tərəf də meydanda mübarizə apardı. Futbolçularımın döyüşkənliyi məni sevindirdi. Çox çalışırıq ki, qol buraxmayaq. Təəssüf ki, oyun ərzində rəqib çox qol epizodu yaratmadı, amma diqqətsizliyimizdən penalti qazandılar. Bizim daha yaxşı imkanlarımız var idi. Daha erkən qol vura bilərdik. Futbolçuların döyüşkənliyinə görə onlara təşəkkür etdim. Qələbəyə köklənmişdik. Futbolçular da çox istəkli idilər".

Избранный
84
1
fanat.az

2Источники