RU

“Şəfa”nın yeni prezidentinin adı açıqlandı

“Şəfa” futbol klubunun yeni prezidentinin adı məlum olub.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə “MyGroup Holding”in vitse-prezidenti Kənan Sadıqlı keçib.

“Şəfa Futbol Klubunda aparılan idarəetmə dəyişikliyi ilə bağlı qısa olaraq bildirmək istəyirəm ki, klubun əvvəlki prezidenti Sərdar Salmanzadə ilə qarşılıqlı anlaşma əsasında yollarımızı ayırmışıq.

Xüsusilə qeyd etmək istəyirəm ki, “Şəfa” Futbol Klubu “MyGroup Holding” tərəfindən alınaraq holdinqin strukturuna daxil edilib. Bu səbəbdən “MyGroup” klubun yalnız sponsoru deyil, eyni zamanda birbaşa sahibi və idarəedici tərəfidir.

Əsas məqsədimiz “Şəfa”nın inkişafını davam etdirmək, komandanın hazırkı müsbət dinamikasını qorumaq və gələcəkdə Azərbaycan futbolunda daha güclü mövqeyə sahib olmasına töhfə verməkdir”, - K.Sadıqlı ilk açıqlamasında qeyd edib.

Xatırladaq ki, klubun prezidenti Sərdar Salmanzadə bir neçə gün öncə ani qərarla vəzifədən getmişdi.

"Cebheinfo.az"

Избранный
24
2
cebheinfo.az

4Источники