RU

Paytaxtda əsl futbol trilleri - İCMAL

A seriyasının 27-ci turundan sonra liderlər qrupunda vəziyyət dəyişmədi.

"Football-plus.az" xəbər verir ki, səbəb tura cədvəlin ilk üç pilləsində başlayan komandaların hesabına maksimum xal yazması oldu.

Çempionlar Liqasında (ÇL) “Bude/Qlimt”ə evdə də uduzan (1:2) və turnirlə vidalaşan “İnter” bundan sonra daxili yarışların qalibi olmağa çalışacaq. Milanlılar evdə “Cenoa”nı iki cavabsız qolla üstələdilər. Çempionatda ardıcıl 8-ci qələbəsini qazanan və məğlubiyyətsiz seriyasını 15 oyuna (14 qələbə, 1 heç-heçə) çatdıran Kristian Kivunun komandası əvvəlki kimi lider mövqeyində inamlı görünür.

Liderin əsas izləyicisi də turu uğurlu nəticə ilə başa vurdu. Əvvəlki turun “Parma” ilə oyununda çempionatda təxminən 6 aydan sonra məğlub olan (0:1) “Milan” səfərdə “Kremoneze”yə son dəqiqələrdə vurduğu iki qolla qalib gəldi. Massimiliano Alleqrinin komandası liderdən 10 xal geri qalır.

Praktiki olaraq ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Napoli” də qələbəni çətinliklə qazandı. Son çempion Veronadakı matçın son saniyələrində Lukakunun vurduğu qolla lider ilə 14 xallıq fərqin artmasına imkan vermədi.

Turun paytaxtda keçirilən mərkəzi oyunu əsl futbol trillerinə çevrildi. “Roma” matçın gedişində 3:1 hesabıyla önə keçsə də, “Yuventus”un əzmkarlığı qarşısında qələbəni əldən verdi. 3:3 hesablı “sülh” ÇL-ə vəsiqə uğrunda mübarizə aparan romalıların 4-cü yerdəki mövqeyinə təsir etməsə də, turinliləri 5-ci yerdən 6-ya saldı. Belə ki, “Komo” evdə “Leççe”yə qalib gəlməklə (3:1) bir pillə irəlilədi.

27-ci tur
Verona – Napoli 1:2

Akpa-Akpro, 65 – Höylunn, 2. Lukaku, 90+6. (21027)
Napoli: Meret, Juan Jezus, Buoncorno, Beukema, Spinatsola (Qutyerres, 52), Lobotka (Gilmor, 73), Elmas, Politano (Matsokki, 73), Verqara (Jiovane, 78), Alisson (Lukaku, 73), Höylunn.

İnter – Cenoa 2:0
Dimarko, 31. Çalhanoğlu, 70-p. (72945)
İnter: Zommer, Auqusto, De Vrey (Bissek, 66), Akanci, Zyelinski (Frattezi, 76), Dimarko, Mxitaryan (Çalhanoğlu, 59), Barella, Luis Enrike, M.Türam (F.Espozito, 59), Bonni (Diuf, 76).

Kremoneze – Milan 0:2
Pavloviç, 90. Leao, 90+4. (14711)
Milan: Menyan, Tomori (Atekame, 78), Pavloviç, De Vinter, Bertezaqi (Estupinyan, 89), Rabyo, Modriç, Fofana (Riççi, 62), Salemakers (Füllkruq, 62), Leao, Pulişiç (Nkunku, 78).

Sassuolo – Atalanta 2:1
İ.Kone, 23. Torstvedt, 69 – Musa, 88. (13260)
Atalanta: Karnesekki, Skalvini, Cimşiti (Hin, 76), Kolaşinats, De Roon, Bellanova (Zappakosta, 46), Paşaliç, Bernaskoni (Sulemana, 46), Zalevski (Musa, 67), Samarciç, Skamakka (Krstoviç, 46).

Torino – Latsio 2:0
Simeone, 21. Sapata, 53. (4800)
Latsio: Provedel, Luka Pelleqrini (Tavareş, 65), Romanyoli, Provstqor, Maruşiç, Kataldi, Teylor, Belayan (Dele Başiru, 46), Zakkanyi (Dia, 80), Kançelyeri (İsaksen, 65), Ratkov (Noslin, 46).

Roma – Yuventus 3:3
Fransa, 39. Ndika, 54. Malen, 65 - Konseysao, 47. Boqa, 78. Qatti, 90+3. (65870)
Roma: Svilar, Çelik, Mançini, Ndika, Kristante (Əl-Aynaui, 74), M.Kone, Fransa, Rensx (Qilardi, 74), Pizilli, Lorentso Pelleqrini (Saraqosa, 90), Malen.
Yuventus: Perin, Kelli, Bremer (Qatti, 88), Kalulu, Kambyazo (Openda, 89), Koopmeyners, K.Türam (Miretti, 72), Makkenni, Yıldız, Konseysao (Jeqrova, 72), Devid (Boqa, 63).

Parma – Kalyari 1:1
Oristanio, 83 – Folorunşo, 63. (17134)

Komo – Leççe 3:1
Duvikas, 18. Rodriges, 35. Kempf, 44 – Kulibali, 13. (10817)

Piza – Bolonya 0:1
Odqor, 90.

Udineze – Fiorentina 3:0
Kabasele, 10. Devis, 64-p. Buksa, 90+4.

1. İnter 27 22 1 4 64-21 67
2. Milan 27 16 9 2 43-20 57
3. Napoli 27 16 5 6 41-28 53
4. Roma 27 16 3 8 37-19 51
5. Komo 27 13 9 5 44-20 48
6. Yuventus 27 13 8 6 46-28 47
7. Atalanta 27 12 9 6 37-24 45
8. Bolonya 27 11 6 10 36-32 39
9. Sassuolo 27 11 5 11 34-36 38
10. Udineze 27 10 5 12 31-39 35
11. Latsio 27 8 10 9 26-27 34
12. Parma 27 8 9 10 20-32 33
13. Kalyari 27 7 9 11 29-36 30
14. Torino 27 8 6 13 27-47 30
15. Cenoa 27 6 9 12 32-39 27
16. Fiorentina 27 5 9 13 30-42 24
17. Kremoneze 27 5 9 13 21-38 24
18. Leççe 27 6 6 15 18-36 24
19. Piza 27 1 12 14 20-44 15
20. Verona 27 2 9 16 20-48 15

Bombardirlər: L.Martines (İnter) - 14, Duvikas, Pas (hər ikisi “Komo”), Höylunn (Napoli), Leao (Milan) - 9.

Turun rəqəmi
6 - “Yuventus” artıq üç ildi ölkə çempionatında “Roma”ya uduzmur. Turinlilərin paytaxt komandasına qarşı məğlubiyyətsiz seriyası 6 oyuna (2 qələbə, 4 heç-heçə) çatdı. Ölkə nəhənginin “canavarlar”dan sonuncu dəfə 2023-cü ilin martında xal ala bilmədiyini (0:1) də xatırladaq.

Turun ulduzu
Arman Loryante (Sassuolo) - əslində 16-cı dəqiqədə birbaşa qırmızı vərəqə alan hücumçu Pinamontidən başqa “Sassuolo”nun “Atalanta”ya qarşı oynayan əksər oyunçuları alqışa layiqdilər. Azı 75 dəqiqə azlıqda mübarizə aparan komandanın vingeri Loryante 2:1 hesablı qələbədə iki məhsuldar ötürmə ilə rol oynadı.Fransalının bu mövsüm “Sassuolo”nun çempionatda keçirdiyi bütün oyunlarda meydana çıxan yeganə oyunçusu olduğunu da qeyd edək.

Turun sitatı
Luçano Spalletti, “Yuventus”un baş məşqçisi:
“Mən 4-cü yeri tutmaq, sonda bu mövqedə görünmək naminə yaşayıram. Gərək yalnız futbolda deyil, həyatda da həmişə özünəəmin olasan. Oyunun gedişində çox şey əleyhimizə yönəldi, bir sıra məqamlarda bəxtimiz gətirmədi. Komandam həlledici hissədə bir sıra vacib işlər gördü. Bax, belə əzmkarlığa görə bizim üçün mövsümün yekununun əla olacağını düşünürəm”.
Избранный
96
1
football-plus.az

2Источники