RU

“Şəfa”nın yeni prezidenti bəlli olub

Şəfa Futbol Klubunun yeni prezidenti Kənan Sadıqlının ilk açıqlaması

“Şəfa Futbol Klubunda aparılan idarəetmə dəyişikliyi ilə bağlı qısa olaraq bildirmək istəyirəm ki, klubun əvvəlki prezidenti Sərdar Salmanzadə ilə qarşılıqlı anlaşma əsasında yollarımızı ayırmışıq.

Xüsusilə qeyd etmək istəyirəm ki, “Şəfa” Futbol Klubu MyGroup Holding tərəfindən alınaraq holdinqin strukturuna daxil edilib. Bu səbəbdən MyGroup klubun yalnız sponsoru deyil, eyni zamanda birbaşa sahibi və idarəedici tərəfidir.

Klubun maliyyə təminatı, idarəetmə modeli, inkişaf strategiyası və əsas qərarları ilk gündən etibarən MyGroup tərəfindən müəyyən olunub və klub rəhbərliyi bu strategiyanın icrası istiqamətində fəaliyyət göstərib.

Bu baxımdan klubun ümumi idarəetmə prinsiplərində hər hansı dəyişiklik yoxdur. Sadəcə olaraq, son qərarla klubun gündəlik idarəçiliyini rəsmi olaraq birbaşa üzərimə götürmüşəm.

Əsas məqsədimiz “Şəfa”nın inkişafını davam etdirmək, komandanın hazırkı müsbət dinamikasını qorumaq və gələcəkdə Azərbaycan futbolunda daha güclü mövqeyə sahib olmasına töhfə verməkdir.”

Eyni zamanda qeyd etmək istərdik ki, Kənan Sadıqlı hazırda MyGroup Holding-də vitse-prezident vəzifəsində də fəaliyyət göstərir.

Kənan müəllimə yeni vəzifəsində uğurlar arzulayırıq.

Kurçi ən yaxşı adına layiq görüldü

“Kəpəz”də struktur dəyişikliyi

Mövsümdə ilk, tarixdə 35-ci

Andrade üçün yubiley

35-ci məğlubiyyət

Избранный
65
2
apasport.az

4Источники