RU

İranın planı Naxçıvana görə pozuldu Yeni vəziyyət

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“İran konfliktin genişlənməsində maraqlıdır. Tehran hesab edir ki, münaqişə nə qədər genişlənərsə, dünyanın diqqətini bir o qədər çox cəlb etmək mümkün olacaq. Beləliklə, İrana qarşı müharibə əleyhdarlarının sayı da arta bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev İranın Naxçıvana hücumunun pərdəarxası məqamlarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Tehran məhz bu səbəbdən region ölkələrinə zərbələr endirməyə çalışır:

“Ərəb ölkələrinə qarşı ardıcıl hücumların məntiqi də bununla bağlıdır. Hətta ərəb ölkələri ilə yanaşı, İsrail, İordaniya və Kipr kimi ərazilərə də zərbələr endirilib. Qeyd edim ki, Kipr Avropa İttifaqının (Aİ) üzvüdür və NATO ilə sıx əməkdaşlıq edir. Bu isə kifayət qədər riskli davranışdır. İran Yunanıstan və Türkiyəyə qarşı da zərbələr endirməyə cəhd göstərib.

Turab Rzayev

İran tərəfi indiyədək hücumlarını əsasən hərbi bazaların mövcudluğu ilə əsaslandırmağa çalışırdı. Lakin Naxçıvana edilən hücum bu iddiaların motivini dəyişdi. Azərbaycanda heç bir halda İran əleyhinə hərbi baza yoxdur. Rəsmi Bakı Tehrana heç bir hücum həyata keçirməyib və ən önəmlisi, Azərbaycan öz ərazisindən üçüncü tərəflərin İrana qarşı istifadə etməsinə də icazə verməyib.

Son hadisə İranın mahiyyətini bir daha ortaya qoydu. Rəsmi Tehran faktiki olaraq bu addımı ilə öz siyasi davranışının xarakterini nümayiş etdirdi. Bu isə İranla bağlı beynəlxalq mövqenin daha da sərtləşməsinə səbəb ola bilər”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
globalinfo.az

1Источники