RU

Xalasının 28 min manatını oğurlayan şəxs saxlanılıb

Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.


Pravda.az DİN-ə istinadən xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.


Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.


Araşdırma davam etdirilir.

Tarix: 7 Mart 2026, 14:27   
Избранный
91
16
pravda.az

10Источники