RU

Azərbaycan millisi Macarıstanla üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq 

Fanat.Az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Macarıstan yığmasının qonağı olacaq.

Görüş Felksutdakı "Panço Arena"da olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 17:30-da səslənəcək. Oyunu Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Qeyd edək ki, milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Избранный
1
fanat.az

1Источники