Bakı. Trend:
Türkiyə Super Liqasında 25-ci tura start verilir.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, turun mərkəzi oyunu "Beşiktaş"la"Qalatasaray" arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat21:00-da start götürəcək.
İstanbul derbisini Ozan Ergünün rəhbərlik etdiyi hakimlərbriqadası idarə edəcək.
Qeyd edək ki, 24 turdan sonra 58 xal toplayan "Qalatasaray"çempionatın lideridir. 46 xalı olan "Beşiktaş" isə 4-cüyerdədir.