RU

TBMM-ə sığınaraq ölkələrimizin birliyinə xələl gətirən şəxsin "toxunulmazlığı" ləğv edilməlidir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyev gündamdə olan məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib.

Publika.az deputatın APA-ya verdiyi müsahibəni oxuculara təqdim edir.

- Musa müəllim, son zamanlar Türkiyə mediasında, sosial media seqmentində Azərbaycanla bağlı yalan, həqiqətdən uzaq iddialara istinad edən qaralama kampaniyasının aparıldığını müşahidə etməkdəyik. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər fonunda qardaş ölkə mediasının bu davranışını necə şərh edərdiniz?

- Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin dünyada bənzəri olmadığı bir reallıqdır. Ölkələrimiz nəinki müttəfiqlik səviyyəsinə çatmış ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi üçün davamlı işləyir, eyni zamanda müxtəlif beynəlxalq proseslərə dair mövqelərində də həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir. Burada xüsusi diqqəti cəlb edən məqam budur ki, hər iki ölkənin lideri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iki ölkə əlaqələri üçün müəyyən etdikləri konseptual baxış yalnız dövlət təsisatlarını əhatə etmir. Dövlət başçıları Azərbaycan və Türkiyə arasındakı qardaşlıq hisslərini bütün cəmiyyətimizə aşılayırlar və xalqlarımızın birliyinin, qardaşlıq bağlarının daha da gücləndirilməsini ən ümdə vəzifə kimi görürlər.

Şübhəsiz ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin bu səviyyəyə gəlib çıxmasından məmnun olmayan qüvvələr az deyil. Biz istər regional, istərsə də daha geniş miqyasda gedən proseslərdə dəfələrlə bunun şahidi olmuşuq. Sevindirici haldır ki, hər iki ölkə bu sarsılmaz birliyi pozmağa yönəlmiş addımları, təxribatları görür və bunları önləmək üçün vaxtında lazımi addımları atırlar.

Избранный
80
publika.az

1Источники