RU

Baş katib VİDEOnu izlədi, qətiyyətli mövqe tutdu, tələb etdi ki…

AFFA İntizam Komitəsi (İK) Premyer Liqanın XXII turunda keçirilən "Qarabağ" - "Sabah" matçı (3:3) ilə əlaqəli mövqeyi birmənalı qarşılanmadı.

İK-nin oyunun sonlarında yaşanan gərginlikdə bağlı qərarın verilməməsi ciddi müzakirələrə səbəb oldu.

Belə ki, Ağdam təmsilçisi matçda üçüncü qolu vurduqdan sonra qonaqların köməkçi məşqçisi Valerio Zuddas rəqibin ehtiyat skamyasına doğru qeyri-etik hərəkət edib.

Mübahisə komandaların futbolçularının, məşqçi heyətinin iştirakına qədər böyüyüb. Nəticədə Ağdam klubunun məşqçiləri Zaur Tağızadə, Müşfiq Hüseynov və "Sabah"dan Valerio Zuddas qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsinin qərarı açıqlanandan sonra hadisənin görüntüləri yayılıb. Buradan aydın olur ki, italiyalı yardımçı həqiqətən qeyri-etik hərəkətə yol verib.

Bu kadrların üzə çıxması İntizam Komitəsini bir daha hərəkətə gətirib. İK növbəti dəfə açıqlama ilə çıxış edərək, matçda baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan edib.

Bu gün məsələyə bir daha baxılacaq və toplantı keçiriləcək. AFFA rəhbərliyinin iştirakıyla təşkil olunacaq yığıncaqdan sərt qərarların çıxması gözlənilir.

Zuddasın 5 oyunluq texniki zonadan kənarlaşdırılması, klubun isə 10 min manat məbləğində cərimələnməsi gündəmdədir.

Saytımız son proseslərlə bağlı yeni məlumat əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, hadisənin hərtərəfli araşdırılması Cahangir

Fərəcullayevin təşəbbüsüdür. Məhz baş katibin qətiyyəti və birmənalı münasibəti gedişatı 180 dərəcə dəyişib.

O, məlum görüntüləri izlədikdən sonra təcili yığıncaq təşkil edib, olaya düzgün hüquqi qiymətin verilməsini tapşırıb.

Fərəcullayev bu kimi halların mentalitetimizə yaraşmadığını bildirib, obyektivliyin təsin olunmasını istəyib.

SPORTİNFO.AZ

Избранный
27
sportinfo.az

1Источники