RU

Sahibə Qafarova və Belarus Milli Assambleyası Respublika Şurasının sədri arasında telefon danışığı olub

Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ilə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında telefon danışığı olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, telefon danışığı zamanı regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Natalya Koçanova Naxçıvan Muxtar Respublikasına qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumlarından narahatlığını ifadə edib, bu hücum zamanı mülki şəxslərin ziyan görməsindən təəssüfləndiyini bildirib və yaralıların tezliklə sağalmasını diləyib. 
Telefon danışığı zamanı iki ölkənin parlamentləri arasında dialoq və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
5
olaylar.az

10Источники