RU

İlham Əliyev Peter Pelleqriniyə təşəkkür etdi - FOTO

Prezident İlham Əliyev Naxçıvandakı mülki infrastruktura İran İslam Respublikası tərəfindən edilən son dron hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqe və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə səmimi minnətdarlığını bildirib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti sosial şəbəkə hesabında paylaşım edib.
 
"Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsində Azərbaycanın göstərdiyi təxirəsalınmaz dəstək ölkələrimiz arasındakı yüksəksəviyyəli və strateji münasibətlərin aydın təzahürü, eləcə də beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir", - Prezident əlavə edib.

 

Избранный
19
1
moderator.az

2Источники