RU

MAXE məhkəmədə: Naxçıvanda kiçik çavuşa 613 min manat cərimə kəsildi

Naxçıvan Hərbi Məhkəməsində Culfa rayonu ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı təqsirləndirililən şəxs barəsində hökm elan olunub.

Teleqraf xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, 1980-ci il təvəllüdlü, Culfa rayon sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abadullayev (soy ad şərtidir) xidmət etdiyi hərbi hissənin əmrlərinə əsasən Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşən ərazidə mühəndis hazırlıq işlərinə cəlb olunub.

Hadisə ötən il 16 iyulda baş verib. Təqsirləndirilən şəxs əraziyə səpələnmiş məişət tullantılarını toplayaraq köhnə səngər çuxuruna yığıb və alışqanla yandırıb. Daha sonra isə oda nəzarət etmədən ərazidən uzaqlaşıb. Nəticədə alov əvvəlcə quru otlara, daha sonra kolluq və ağaclara keçərək genişmiqyaslı yanğına səbəb olub.

Məhkəmə materiallarına əsasən, yanğın əvvəlcə Culfa rayon Milax bələdiyyəsinə məxsus 30,5 hektarlıq torpaq sahəsini əhatə edib. Burada çoxsaylı qoz, palıd, söyüd ağacları, eləcə də müxtəlif növ kol bitkiləri məhv olub və ya zədələnib. Daha sonra alov “Gəvik” dövlət meşəsinə keçərək 12 hektarlıq sahədə yaşıllıqların yanmasına səbəb olub.

Araşdırma zamanı müəyyən olunub ki, yanğın nəticəsində Milax bələdiyyəsinə 168 min 660 manat, “Gəvik” dövlət meşəsinə isə 35 min 981 manat ziyan dəyib. Beləliklə, ümumi zərər 204 min 641 manat təşkil edib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü tam təqsirli bilib. O, ifadəsində tullantıları yandırdıqdan sonra alovun yayılacağını düşünmədiyini, hadisəni ehtiyatsızlıqdan törətdiyini və əməlindən peşman olduğunu bildirib.

Избранный
13
4
aznews.az

5Источники