Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror-təxribat aktlarının və kəşfiyyat xarakterli məlumatların toplanılması cəhdlərinin qarşısı alınıb.
Adalet.az xəbər verir ki, DTX-nin keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində terror planlarının qarşısı alınıb. Azərbaycan vətəndaşları Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu müvafiq maddələrlə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu ictimai xadimin həyatına sui-qəsdə hazırlıqda, Əhmədov Elvin Bəhruz oğlu isə qanunsuz silah və partlayıcı maddə saxlama maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
SEPAH-ın Azərbaycandakı agentlərinin adları:
Xədicə Ağayeva
Nərminə Şabanova
Tərlan Quliyev
Nicat Quliyev
Əsəd Abdullayev
Rəşad Rüstəmov
Elvin Əhmədov