ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Maliyyə Nazirliyi İranla münaqişə fonunda Fars körfəzindəki gəmilər üçün təkrarsığorta proqramına başlayır.
Musavat.com korporasiyanın açıqlamasına istinadən xəbər verir ki, proqram Hörmüz boğazından dəniz təchizatını normallaşdırmaq məqsədi daşıyır və 20 milyard dollara qədər sığorta əhatə dairəsinə malikdir. Açıqlamaya görə, DFC-nin təkrarsığorta mexanizmi davamlı olaraq təxminən 20 milyard dollara qədər itkiləri sığortalayacaq.
DFC-nin baş direktoru Ben Blek bildirib ki, proqram İranla münaqişə fonunda Hörmüz boğazından neft, mayeləşdirilmiş təbii qaz, gübrələr və digər malların tədarükünü normallaşdırmaq üçün nəzərdə tutulub: "ABŞ Mərkəzi Komandanlığı ilə əməkdaşlıq çərçivəsində DFC-nin əhatə dairəsi digər heç bir proqramla müqayisə olunmayan təhlükəsizlik səviyyəsini təmin edəcək. Əminik ki, təkrarsığorta mexanizmimiz neft, benzin, mayeləşdirilmiş təbii qaz, reaktiv yanacaq və gübrənin Hörmüz boğazından yenidən dünyanın digər ölkələrinə axmasına imkan verəcək".
Musavat.com