RU

Ərdoğan bu ölkələrə səfir təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib.

Publika.az xəbər verir ki, dövlət başçısının sərəncamları "Rəsmi Qəzet"də dərc olunub.

Sərəncamlara əsasən, Mustafa Kibaroğlu Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisindəki daimi nümayəndəsi, Mustafa Türker Arı Tbilisidə, Xarici İşlər Nazirliyinin Balkan ölkələri və Mərkəzi Avropa üzrə baş direktor müavini Barış Ceyhun Ərciyes Tiranada səfir təyin ediliblər. Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fəxrəddin Altun isə Vatikana səfir təyin olunub.

Избранный
10
1
publika.az

2Источники