RU

ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib

ABŞ qoşunları hərbi əməliyyatın başlanğıcından İrandakı 3 000-dən çox hədəfə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın məlumatına görə, əməliyyat zamanı hücum dronları daşıyan təyyarə də daxil olmaqla, İranın 43 hərbi gəmisi də zədələnib və ya məhv edilib.

Qeyd olunur ki, əməliyyatda çox sayda taktiki təyyarə ilə yanaşı, B-2A, B-52H və B-1B strateji bombardmançı təyyarələri də iştirak edir. Onlar İranın ən çox qorunan ballistik raket saxlama və istehsal müəssisələrinə zərbələr endirirlər.

Избранный
106
far.az

1Источники