RU

ABŞ: Münaqişə başlayandan bəri İranın 43 gəmisi batırılıb və ya zədələnib

ABŞ: Münaqişə başlayandan bəri İranın 43 gəmisi batırılıb və ya zədələnib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri İslam Respublikasına məxsus 43 gəmi batırılıb və ya ciddi zədələnib.

AFN.az xəbər verir ki, bu barədə komandanlığın X hesabında məlumat verilib. "3 mindən çox hədəf vurulub. İranın 43 gəmisi məhv edilib və ya zədələnib", – deyə rəsmi hesabda paylaşılan məlumatda bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Mərkəzi Komandanlığın rəhbəri admiral Bred Kuper ABŞ-ın İran Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmisini batırdığını bəyan etmişdi. Son rəqəmlər əməliyyatın miqyasının və intensivliyinin artdığını göstərir.

Избранный
107
afn.az

1Источники