RU

Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib.

"Far.Az" xəbər verir ki, dövlət başçısının sərəncamları "Rəsmi Qəzet"də dərc olunub.

Sərəncama əsasən Mustafa Kibaroğlu Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisindəki daimi nümayəndəsi, Mustafa Türker Arı Tbilisidə, Xarici İşlər Nazirliyinin Balkan ölkələri və Mərkəzi Avropa üzrə baş direktor müavini Barış Ceyhun Ərciyes Tiranada səfir təyin ediliblər.

Eyni zamanda Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fəxrəddin Altun Vatikana səfir təyin olunub.

Избранный
86
1
far.az

2Источники