RU

ABŞ gəmilərin Hörmüz boğazından müşayiətlə keçirilməsinə başlaya bilər

ABŞ gəmilərin Hörmüz boğazından müşayiətlə keçirilməsinə başlaya bilər

Birləşmiş Ştatlar bir və ya iki həftə ərzində gəmilərin Hörmüz boğazından ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə keçirilməsinə başlaya bilər.

AFN.az "Fox Business"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

"Hesab edirəm ki, bu, bir və ya iki həftənin məsələsidir, lakin biz artıq bu problemin həlli yolundayıq", – deyə o, müsahibəsində bildirib.

Bessent əlavə edib ki, hakimiyyət orqanları bu məsələdə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qiymətləndirmələrinə əsaslanacaqlar. Nazirin sözlərinə görə, əsas məqsəd qlobal ticarət üçün strateji əhəmiyyət kəsb edən bu su yolunda təhlükəsizliyi təmin etmək və neft tədarükündəki fasilələri aradan qaldırmaqdır.

Избранный
133
afn.az

1Источники