RU

Naxçıvana hücumla bağlı BMT yə rəsmi müraciət: Bayramov Quterreşə məktub ünvanladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT Baş katibi Antonio Quterreşə məktub ünvanlanıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik beynəlxalq təşkilatın ənənəvi mətbuat konfransında İranın Azərbaycana dron hücumları ilə bağlı danışarkən deyib.

S.Dujarrikin sözlərinə görə, məktubda Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu təsvir olunub və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
15
globalinfo.az

10Источники