RU

Trampdan İrana gözlənilməz zərbə: Bu qərar dünyanın taleyini dəyişəcək

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“The Wall Street Journal”ın məlumatına görə, ABŞ gözlənilən danışıqlarda Çindən Rusiya neftinin alışını azaltmasını istəyəcək. Nəşr yazır ki, ABŞ-ın maliyyə naziri Scott Bessent Çin nümayəndələrini həmçinin İran neftindən imtina etməyə inandırmağa çalışacaq. Bunun müqabilində isə ABŞ nefti və qazının, eləcə də “Boeing” təyyarələrinin və soya tədarükünün artırılmasının təklif olunması planlaşdırılır.

İddialara görə, Çin lideri Si Cinpin cavab olaraq ABŞ Prezidenti Donald Trump ilə danışıqları zamanı Tayvanın müstəqilliyi ilə bağlı məsələni gündəmə gətirə bilər.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın Çinlə aparacağı danışıqlarda əsas məqsəd Pekinin Rusiya və İran neftindən asılılığını azaltmaqdır:

“Vaşinqton bununla həm Moskvaya tətbiq etdiyi sanksiyaların təsirini gücləndirmək, həm də İranın enerji gəlirlərini məhdudlaşdırmaq istəyir. ABŞ-ın alternativ olaraq Çin bazarına öz neft və qazını təklif etməsi, eyni zamanda “Boeing” təyyarələri və kənd təsərrüfatı məhsullarının, xüsusilə soyanın ixracını artırmaq niyyəti bu danışıqların yalnız siyasi deyil, həm də geniş iqtisadi paket üzərində qurulduğunu göstərir. Yəni Vaşinqton Pekinə təzyiqdən daha çox iqtisadi stimullar vasitəsilə təsir etməyə çalışır və enerji bazarındakı payını artırmaq üçün geosiyasi rəqabəti ticarət alətləri ilə birləşdirir.

Züriyə Qarayeva 

Lakin Çin bu cür təkliflər qarşılığında strateji güzəştlər tələb edə bilər. Si Cinpinin mümkün danışıqlarda Tayvan məsələsini gündəmə gətirməsi Pekinin əsas prioritetinin enerji deyil, suverenlik və regional təhlükəsizlik məsələləri olduğunu göstərir. Çin Tayvan mövzusunu ABŞ-la münasibətlərdə əsas rıçaq kimi istifadə edir və Vaşinqtonun Asiya-Sakit okean regionundakı siyasətini dəyişdirməyə çalışır. Bu baxımdan, danışıqların yalnız enerji ticarəti ilə məhdudlaşmayacağı, əksinə qlobal geosiyasi balans, ABŞ–Çin rəqabəti və Tayvan məsələsinin gələcəyi kimi daha böyük strateji mövzular ətrafında formalaşacağı ehtimalı yüksəkdir”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
globalinfo.az

2Источники