RU

Bakıdan İranla bağlı daha bir kritik həmlə Nələr olacaq?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

SEPAH-ın Naxçıvana dron zərbəsindən sonra İran–Azərbaycan sərhədində yük maşınlarının hərəkəti dayandırılıb. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.

Bu addım iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin tamamilə dayandırılması deməkdirmi?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, həm Naxçıvana, həm də İrana yük daşımaları dayandırılıb.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında iqtisadi dövriyyə 644 milyon dollar təşkil edib:

“Bu həcmin təxminən 600 milyon dolları İrandan idxalın payına düşürdü. Mövcud idxalın strukturunda əsasən 30 faiz ərzaq məhsulları, 70 faiz isə inşaat materialları yer alırdı. Ümumilikdə isə bu göstərici ölkə iqtisadiyyatının idxal-ixrac dövriyyəsinin təxminən 2 faizini təşkil edir. Yəni çox böyük və həlledici bir dövriyyə hesab olunmur”.

İqtisadçı qeyd edib ki, dayandırılan idxal digər ölkələrlə kompensasiya edilə bilər:

“Ölkəmizin və sahibkarların bunun üçün kifayət qədər imkanları var. Gürcüstan, Belarus, Rusiya və qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələri vasitəsilə bu dövriyyəni əvəz etmək mümkündür. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiyada Türk dövlətləri ilə ciddi münasibətləri mövcuddur. Bu çərçivədə Özbəkistan da daxil olmaqla, Qazaxıstan və digər ölkələrdən müxtəlif məhsulların idxalını genişləndirmək mümkündür”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники